axin.az

SON DƏQİQƏ

Koronavirusun yeni simptomları

25-03-2020, 22:43

Koronavirusun yeni simptomlarıCOVID-19 yeni ştam olduğundan hələ ki az öyrənilib və alimlər getdikcə bu virusla bağlı yeni və yeni faktları aşkar edirlər.

Belə ki, koronavirusun klasik simptomları ilə (boğaz ağrısı və boğazda quruluq, yüksək qızdırma, quru öskürək, təngnəfəslik, boğulma) yanaşı yeni simptomlar da aşkar olunur.

Böyük Britaniya alimlərinin müşahidələrinə görə, dodaqların göyərməsi də koronavirusa işarə edə bilər.

Axin.az Express nəşrinə istinadla bildirir ki, ağciyərin toxumasını zədələyən virus orqanizmdə oksigenin çatışmazlığına səbəb olur. Nəticədə toxumalar oksigenlə pis təchiz olunur və bu da dodaqların göyərməsinə gətirib çıxardır. Bu simptom bir çox ürək xəstəliklərinə də xasdır.

Bundan əvvəl alimlər aşkar ediblər ki, iy və dadbilmə funksiyasının kəskin pozulması da koronavirusa işarə edə bilər. Alimlər qeyd edir ki, koronavirusa yoluxmuş insan iyləri hiss etməyə və ya fantom iyləri (olmayan iylər) hiss edə bilər. Maraqlıdır ki, bəzi xəstələrdə iybilmə funksiyasının pozulması koronavirusun yeganə simptomu olub.

Bu səbəbdən sizdə allergiya və ya sinusit yoxdur, lakin qoxuları hiss etmirsinizsə, həkimə müraciət edin.

Diqqət!

Özünüzdə koronavirusun simptomlarını hiss etdikdə, xəstəxana, klinika və ya poliklinikaya getməyin, “təcili yardım” çağırın.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA