axin.az

SON DƏQİQƏ

Araşdırmaçılar şokda: Koronavirus səthdə 17 gün yaşayırmış

25-03-2020, 10:29

Araşdırmaçılar şokda: Koronavirus səthdə 17 gün yaşayırmışYaponiyada karantinə alınan kruiz gəmisi "Diamond Princess"in kayutlarında sərnişinlərin nəqliyyat vasitəsini tərk etməsindən iki həftə sonra koronavirusun izlərinə rast gəlinib.

Axin.Az bildirir ki, ABŞ Xəstəliklərə Nəzarət və Müdafiə Mərkəzindən bu barədə açıqlama verilib.

Bildirilir ki, izlərə yoluxma əlaməti olan xəstələrin otaqları boşaldıqdan 17 gün sonra rast gəlinib. Beləliklə, araşdırmaçıları da təəccübləndirən nəticələrə görə, koronovirus səth üzərində iki həftədən artıq qala bilərmiş.

Bununla belə, həmin koronavirus izlərinin hər hansı bir infeksiyaya səbəb olub-olmadığını söyləmək mümkün deyil.

Bundan əvvəl aparılan araşdırma zamanı virusun plastik və ya soyuducu kimi paslanmaz polad səthlərdə üç günə qədər yaşaya bildiyi, ancaq zamanla zərərvermə səviyyəsinin aşağı düşdüyü məlum olmuşdu.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA