Dünyada koronavirusa yoluxanların sayı artıb.
“Axin.az” RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.
Qeyd edilir ki, 14,5 mindən çox insan COVID-19-un qurbanı olub.
Təşkilatın son məlumatına görə, dünyada xəstələrin ümumi sayı 332 930 nəfər olub. Yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb - 170 mindən çox. Həmçinin yeni virusdan 14 510 ölüm hadisəsi haqqında bildirilir. Bu göstəricilərin 8 mindən çoxu Avropanın payına düşür.
COVID-19-a yoluxma və ölüm hadisələrinin ən kiçik sayı Afrikada qeydə alınıb: 990 yoluxma və 23 ölüm.
Son gün ərzində Suriya, Qrenada və Mozambik hakimiyyətləri öz ərazilərində koronavirusa ilk yoluxma halları haqqında bildiriblər.
Qeyd edək ki, ötən gün açıqlanan qeyri-rəsmi məlumatda dünyada koronavirus daşıyıcılarının sayının 350 457 nəfərə çatdığı bildirilirdi.