axin.az

SON DƏQİQƏ

Koronavirus qorxusu Kraliça II Yelizavetanı saraydan qaçırtdı

15-03-2020, 14:25

Koronavirus qorxusu Kraliça II Yelizavetanı saraydan qaçırtdıİngiltərədə koronavirus səbəbindən ölənlərin sayının artması (21 nəfər) Kraliça II Yelizavetanı da qorxuya salıb.

Türkiyənin NTV kanalının yaydığı xəbərə görə, 93 yaşlı kraliça və onun 98 yaşlı həyat yoldaşı şahzadə Filip Bukingem sarayını tərk ediblər. Onlar Sandrinqamdakı Vindsor iqamətgahında karantindədirlər.

“The Sun” qəzeti isə kraliçaya yaxın bir qaynağın məlumatını yayıb. Məlumatda deyilir ki, kraliçanın sağlamlığı qaydasındadır:

“Onun üçün ən yaxşısı sarayı tərk etmək oldu. İşçilərindən çoxu da virus səbəbi ilə təşvişə düşmüşdü. Elə kraliça da saraydan gedənə qədər çox adamla görüşmüşdü. Mütəxəssislər 94 yaşına bir neçə həftə qalmış kraliçanın saraydan getməsini doğru hesab etdilər”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA