axin.az

SON DƏQİQƏ

Gürcüstanda koronavirusa yoluxma riski artıb - YENİLƏNİB

14-03-2020, 16:04

Gürcüstanda koronavirusa yoluxma riski artıb - YENİLƏNİB“Gürcüstanda ilk dəfə olaraq koronavirusa üçüncü şəxsdən yoluxma halları qeydə alınıb”.

“Axin.az”in yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, koronavirus diaqnozunun qoyulduğu yeni pasiyentlərin infeksiyaya yoluxanlarla birbaşa kontaktı olmayıb: “Bu, o deməkdir ki, koronavirusun ölkə ərazisində daxili ötürülməsi baş verib”.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirusa 30 yoluxma halı təsdiqlənib, 418 nəfər karantində, 54 nəfər isə stasionar nəzarətdədir.

*** 12:23

Gürcüstanda koronavirus diaqnozunun qoyulduğu pasiyentlərin sayı 30-a çatıb.

“Axin.az”in yerli bürosu xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda yerləşdirilib.

Qeyd olunub ki, karantində 418, stasionar nəzarətdə isə 54 nəfər saxlanılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA