axin.az

SON DƏQİQƏ

Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı

10-03-2020, 19:35

Gürcüstanda koronavirusla bağlı son vəziyyət açıqlandı“Gürcüstanda koronavirusla bağlı vəziyyət nəzarət altındadır”.

“Axin.az”in yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxma ilə bağlı yeni hal qeydə alınmayıb.

Mərkəz rəhbəri deyib ki, ölkədə ümumilikdə virusa yoluxma ilə bağlı 466 mümkün hal olub. Onların da hamısı yoxlanılıb.

Qeyd edək ki, qonşu ölkədə bu günə qədər koronavirusa 15 yoluxma halı təsdiqlənib. Hazırda karantində 178, stasionar nəzarətdə isə 56 nəfər saxlanılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA