axin.az

SON DƏQİQƏ

Almaniyada koronavirusa yoluxanlar çoxalır

3-03-2020, 16:47

Almaniyada koronavirusa yoluxanlar çoxalırAlmaniyada koronavirusa yoluxma halları 180-ə çatıb.

“Axin.az” RİA “Novosti”yə istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxmaların qeydə alındığı 13 federal əyalət arasında ən böyük olan Şimali Reyn Vestfalia 92 nəfərlə irəlidədir.

Koronavirusun ölkədə ilk təsdiqləndiyi Bavariyada 35 nəfərdən 14-ü sağalıb. Həmçinin Baden Vürtemberq əyalətində 26, Hessendə 11 nəfər infeksiyaya yoluxub.

Bununla belə xəstəliklərin müşahidə və qarşısının alınmasına məsul rəsmi qurum olan Robert Kox İnstitutunun martın 2-nə olan məlumatına görə, Almaniyada təsdiqlənmiş yoluxma hallarının sayı 157-dir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA