Bakı Nəqliyyat Agentliyi kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər davam etdirir.
Agentlikdən “Axin.az”a verilən məlumata görə, bu məqsədlə “BakuBus” MMC-də növbəti əks-epidemik dezinfeksiya tədbirləri həyata keçirilib.
Gecə saatlarından reysdən sonra gündəlik təmizlikdən keçən avtobuslar xüsusi dərman məhlullardan istifadə olunmaqla dezinfeksiya olunub.
İnsanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına qarşı olan dərman preparatları ilə Hava limanı ekspress xətt avtobusları da dezinfeksiya edilib.