axin.az

SON DƏQİQƏ

Dünyada koronavirusa yoluxanların sayı artır

28-02-2020, 09:27

Dünyada koronavirusa yoluxanların sayı artırÇinin hüdudlarından kənarda 46 ölkədə koronavirusa yoluxanların sayı 3 644 nəfərə çatıb, 57 nəfər dünyasını dəyişib.

“Axin.az” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabat məlumatında bildirilir.

Qeyd olunub ki, Çinin materik hissəsində yeni koronavirusa yoluxanların sayı 78 630 nəfər təşkil edir. Ölümlə nəticələnən hadisələrin ümumi sayı 2 747-dir.

Dünyada yeni növ koronavirusun səbəb olduğu pnevmoniyaya yoluxanların sayı isə 82 294 nəfərdir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA