axin.az

SON DƏQİQƏ

Çindən kənarda koronavirusa yoluxanların sayı 1 700 nəfəri ötdü

24-02-2020, 10:00

Çindən kənarda koronavirusa yoluxanların sayı 1 700 nəfəri ötdüÇindən kənarda koronavirusa yoluxanların sayı 1 769 nəfərə çatıb.

“Axin.az” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir.

Məlumata görə, son gün ərzində Çindən xaricdə - dünyanın ayrı-ayrı ölkələrində virusa yoluxma ilə bağlı təsdiq edilmiş hadisələrin sayı 367-yə qədər artıb. Çin istisna olmaqla, virusa yoluxma daha 28 ölkədə qeydə alınıb. Ölümlə nəticələnən hadisələrin ümumi sayı 17-dir. COVID-19-dan bir gün ərzində 6 nəfər ölüb.

Çindəki vəziyyətə gəlincə, son məlumatlara görə, ölkədə 2 445 nəfər koronavirusun qurbanı olub, daha 77 042 virusa yoluxub. Xəstəlikdən 22,8 mindən çox insan sağalıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA