axin.az

SON DƏQİQƏ

“Diamond Princess” kruz gəmisində koronavirusa yoluxanların sayı artıb

16-02-2020, 22:38

“Diamond Princess” kruz gəmisində koronavirusa yoluxanların sayı artıbKarantin altında olan “Diamond Princess” kruz gəmisində daha 70 nəfərin koronavirusa (COVID-19) yoluxduğu aşkarlanıb.

APA-nın “Alman dağlası”na istinadla verdiyi məlumata görə, bunu Yaponiya Səhiyyə naziri Katsunobu Kato bildirib.

Bununla da gəmidə virusa yoluxanların sayı 355 nəfərə çatıb.

Qeyd edək ki, Yaponiyaya məxsus “Diamond Princess” kruz gəmisində 2500 turist və 1000 heyət üzvü var. Onların arasında Rusiya, Ukrayna və Almaniya vətəndaşları da yer alıb. Gəmi koronavirus aşkarlanan Honkonqa səfər etdikdən sonra karantin altına alınıb. Gəmi Yaponiyanın İokoqama limanındadır.

Karantin müddətinin fevralın 19-dək uzadılması gözlənilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA