Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların ümumi sayı artaraq 42 min 600 nəfərə çatıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilir ki, yeni penvmaniyadan ölənlərin sayı 1113 nəfərə çatıb.
Virusa yoluxanlardan 4 min 740 nəfəri sağalaraq xəstəxsanalardan evə buraxılıb.
Xəstələrdən 8 min 204 nəfərinin vəziyyəti ağırdır.
02:28***
Çinin Hubey əyalətində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların sayı 33 min 300, bu virus səbəbindən ölənlərin sayı isə 1068 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Komitəsinin regional idarəsi məlumat yayıb.
Qeyd olunub ki, 2 min 639 nəfər sağalaraq xəstəxananı tərk edib.
Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatı Çində yaranan koronavirusun yeni növünə rəsmi olaraq COVID-2019 adı verib.