axin.az

SON DƏQİQƏ

"Cəfər Cabbarlının nəvəsi məni məhkəməyə vermişdi"

23-01-2020, 17:34

"Cəfər Cabbarlının nəvəsi məni məhkəməyə vermişdi"Aktrisa Xəyalə Quliyeva illər əvvəl ATV-də yayımlanan "Çəkirəm ha" verilişi ilə bağlı maraqlı məqamları açıqlayıb.
Axin.az xəbər verir ki, "Üçümüz" verilişinə qonaq olan sənətçi bir çox şirkətin, şeir müəllifinin onu məhkəməyə verdiyini etiraf edib:

"Bir dəfə tamaşaçılardan birinə sual verirdim. Mikrofonun maçalkası çıxıb, ona dəydi. Qayıtdı ki, "Köpək qızı".

Bizi elə məhkəmələrə verirdilər ki... Orada məşhur şeirləri, qəzəlləri dəyişir, zarafat sözlərlə toyuğa yozurduq. Bir dəfə Cəfər Cabbarlının "Ana" şeirini toyuğa çevirmişdim: "Əgər bütün yeməklər belə olsa, heç birinə baxmaram. Nədir o, toyuq, toyuq. Bu dadın qarşısında bir qul tək...". Məni Cəfər Cabbarlının nəvəsi məhkəməyə vermişdi.

6 il davam edən veriliş idi. Təmsillər, uşaq şeirləri bitmişdi. Keçmişdik qəzəllərə, böyük poemalara".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA