axin.az

SON DƏQİQƏ

Deputatdan Tarix dərsliyini yazanlara sərt İTTİHAM - "Veliçkonun əsərini oxumaq kifayətdir"

21-09-2020, 14:33

Deputatdan Tarix dərsliyini yazanlara sərt İTTİHAM - "Veliçkonun əsərini oxumaq kifayətdir"“Bugünlərdə sosial şəbəkələrdə orta məktəblərin 7-ci sinifin tarix kitablarında erməni izinin aşkar edildiyi barədə xəbərlər ictimaiyyətin haqlı narazılığına səbəb olub. Sovet dövründə uzun illər Cənubi Qafqaz tarixi erməni və ermənipərəst tarixçilərin bir növ monopoliyasında olduğundan vətənimizin gerçək tarixinin yazılmasında bəzən çox ciddi problemlər yaranırdı. Artıq otuz ilə yaxındır ki, yenidən müstəqilliyə qovuşmuşuq. Çox təəssüf ki, hələ də bəzi tədqiqatçılar və tarixçilər Sovet dövrünün coğrafi və ideoloji sərhədlərindən kənara çıxa bilmir. Dünyanın demək olar ki, nüfuzlu elm mərkəzlərində və eləcə də qədim və orta əsr dünya tarixini araşdırmış görkəmli alimlərinin mütləq əksəriyyəti guya qədim və orta əsr “tarixçisi” olmuş erməni əsilli Movses Xorenin mövcudluğuna və yazdığı əsərə şübhə ilə yanaşaraq, onun mif olduğunu birmənalı olaraq sübut etdikləri halda, bir qrup sovet və azərbaycanlı tarixçi ondan tarixi dəlillər və mənbə kimi istifadə edirlər”.

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Parlamentarinin sözlərinə görə, tarixin atası sayılan Herodotda, Strabonda, Ptolemeydə və onların tələbələrində, həmçinin Harvard, Kembriç, Starfod, Kaliforniya, Oksford, Corc Taun kimi dünyanın nüfuzlu universitetlərinin alimlərinin əsərlərində, yunan mənbələrində “Artsax” və ya “Arsax” keçmədiyi halda ermənilər tərəfindən uydurulmuş və müxtəlif xalqların tarixini oğurlayaraq, erməni mifologiyası yazmış Movses Xorenasinin “Tarix” kitabında “Artsax” toponiminə rast gəlinir:
“Buradan birmənalı olaraq sadə bir həqiqət ortaya çıxır ki, “Artsax” sözü Xorenasinin tarixi mifdir və müxtəlif xalqlarının tarixindən götürülmüş dəlillərin erməniləşdirərək, calaq edilməsidir. Oksford Universitetinin ermənişünas alimi, professor Tomson, ABŞ-ın Corctaun universitetinin professoru Kiril Tumanov, görkəmli rus alimi akademik Piyatrovski, rus diplomatı, Çar Rusiyası dönəmində 1915-17-ci illərdə İranda diplomatik missiyanın rəhbəri olmuş Vladimir Maynorskinin fundamental araşdırmalardan ibarət kitabını və XXI-XX əsrin Cənubi Qafqaz tarixinin canlı ensiklopediyasını yazmış Veliçkonun əsərini oxumaq kifayətdir.

Bu gün bütün dünya ölkələri arxivlərini istifadə üçün açıq və əlçatan etdiyi dövrdə gerçək tariximizin yazılması üçün çox əlverişli şərait yaranıb. Bununla kiməsə məsləhət və ya tövsiyə vermək fikrində deyiləm. Sadəcə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər bir çıxışında tariximizlə bağlı verdiyi strateji əhəmiyyətli mesajların icra edilməsində alimlər, cavabdeh vəzifəli şəxslər və bütövlükdə ziyalılar çox ciddi məsuliyyət daşıyır. Möhtərəm Prezidentimizin mötəbər beynəlxalq tədbirlərdə Ermənistan rəhbərliyinə vaxtaşırı olaraq verdiyi tarix və hüquq dərsi hər birimiz üçün örnək olmalıdır. Dövlətimizin başçısının Azərbaycan xalqının tarixi ilə bağlı fikirləri və düşüncələri tarixçilərimizin tariximizlə bağlı görməli olduğu işlərin yol xəritəsi olmalıdır”.
Məlahət İbrahimqızı qeyd edib ki, vətənimizn və dövlətimizin tarixi ilə bağlı hazırlanan kitablar nəşr olunanadək milli ideologiyamıza sızdırıla biləcək erməni və ermənipərəst qüvvələrin təxribatının qarşısını almaq təkcə Təhsil Nazirliyinin işi olmamalıdır:
“Bu milli və strateji məsələ, daha doğrusu Azərbaycan tarixi kitablarının nəşri Dövlət Təhlükəsizliyi Xidmətinin də ciddi senzurasından keçirilməlidir. Yeni nəslə Azərbaycan tarixi ilə bağlı təqdim olunan kitablardakı hər bir işarənin bəzən çox ciddi mənfi rezonansı ola bilər. Azərbaycan tarixi ilə bağlı hazırlanan kitabın üz qabığının dizaynında işlədilmiş rənglər bugünkü Ermənistan bayrağı üzərində olan əsas üç rəngdən ibarətdir. Yəni müəllif kitabın dizaynında sanki, başqa rəngləri görmür və ya tanımır.

Azərbaycan tarixi kitabı üzərində dövlətimizin rəsmi bayrağındakı rənglərdən istifadə etmək əvəzinə, təcavüzkar Ermənistan bayrağının rənglərindən istifadə edilməsinin mənası isə çox qaranlıq olmaqla, yumşaq halda məsuliyyətsizlikdir. Azərbaycan tarixi nə demokratiya dərsi, nə siyasi pluralizm, nə də söz azadlığı dərsi deyil ki, kim nə istəyir, necə istəyir yazsın və ya desin. Tarix iki üstəgəl iki deyil, gerçək tarixi faktlar üzərində tarixi məntiqi qura bilməkdir. Azərbaycan Tarixi kitabını yazmaq istəyənlər ilk növbədə xalq qarşısında daşıdıqları ağır, həm də şərəfli məsuliyyəti anlamalıdır. Azərbaycan tarixi bizim milli ideologiyamızın konturları və təməl prinsipidir. Azərbaycan tarixi millətimizin, ölkəmizin və dövlətimizin tarixdə varolma və mövcudiyyət tarixidir.Bu tarix isə hər birimiz üçün müqəddəs kitabımız kimi əziz və qiymətli olmalıdır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
DÜNYA