axin.az

SON DƏQİQƏ

“Bu hadisələr 20 il öncə ortaya çıxmalı idi” - Əli Nağıyev

26-08-2020, 15:00

“Bu hadisələr 20 il öncə ortaya çıxmalı idi” - Əli Nağıyev“Son günlərin hadisələrindən mənim də xəbərim var. Sadəcə onu deyə bilərəm ki, bu hadisələr 20 il bundan qabaq ortaya çıxmalı idi”.

Bu fikirləri Modern.az-a hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və partiya sədrinin keçmiş müavini, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyundan sonra baş verənlərə münasibət bildirərkən deyib.

Əli Nağıyev hazırda yaşanan qalmaqal barədə əlavə heç nə danışmaq istəmədiyini deyib.

Qeyd edək ki, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni bir neçə gün bundan qabaq İlham Əliyev ölkədə davam edən karantin vaxtı qaydaları pozaraq qızına toy edib. Məlum toya ölkənin tanınmış ictimai-siyasi xadimlərinin də qatılması cəmiyyətdə narazılıqlara səbəb olub. Toy sahibi də başda olmaqla, toyda iştirak edənlər inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.

AMEA prezidenti Ramiz Mehdiyev ünvanına əks səslənən fikirlərə cavab olaraq akademiyanın saytında geniş materialla çıxış edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
DÜNYA