axin.az

SON DƏQİQƏ

"Evdə təcrid metodu yeganə düzgün yoldur"

21-07-2020, 11:28

"Evdə təcrid metodu yeganə düzgün yoldur"
“Yaxşı olardı ki, biz bütün xəstələrin hamısını xəstəxanalarda və yaxud karantində saxlayaq”.

Axin.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, bu, mümkün deyil:

“Hazırda 8000-dən çox aktiv xəstəmiz var. Bütün ölkələr ilk mərhələdə xəstələrin xəstəxanalarda təcrid olunmasını seçmişdi. Amma hazırda bu, mümkün deyil. Bütün ölkələr bundan imtina etdi. Demək olar ki, bu gün bütün ölkələrdə evdə təcrid metodu istifadə olunur. Bu gün yeganə düzgün yol budur”.

Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov isə deyib ki, əslində xəstəxana müalicə üçündür, nəzarət üçün deyil:

“Ölkədə epidemiyanın ilkin mərhələsində koronavirusun təbiəti ilə bağlı məlumat az idi. Onun əlamətləri, müalicəsi, fəsadları ilə bağlı fərqli məlumatlar var idi. Xəstələrin və yoluxmuş şəxslərin sayı nisbətən az olan vaxtda onların hamısı xəstəxanaya götürülürdü. Xəstəxanada nəzarət altında saxlanılırdı, müayinə olunurdu. Bəzən müalicəyə də ehtiyac olmurdu və yaxud vitaminlər vasitəsilə dəstək müalicəsi aparılırdı, nəticəsi mənfi çıxandan sonra evə buraxılırdı. Hazırda ölkədə koronavirusa yoluxan şəxslərin sayı kifayət qədər çoxdur. Onların hamısı xəstəxana fondu, onlara qulluq edəcək və lazım olsa müalicə aparacaq həkimlər üçün yükdür. Belə olan halda tibb xidmətinin olduqca yüklənməsi baş verə bilər. Bunu nəzərə almaqla biz simptomsuz və ya yüngül əlamətli insanların, həmçinin xeyli sayda COVID diaqnozu təsdiqlənməmiş, amma yenə nəzarətdə olan insanların ev şəraitində saxlamağı daha optimal hesab edirik. Vətəndaşlarımızın bununla bağlı məsuliyyəti haqqında biz bir neçə dəfə danışmışıq. COVID-ə yoluxmuş şəxs ev şəraitində nəzarət altındadırsa, təbii ki, evdə də birgə yaşayış olan şəxslərlə təcridolunma təmin olunmalı və onun evdən kənara çıxması da baş verməməlidir. Bunun hüquqi tərəfi var, həmin şəxslər iltizamnaməyə qol çəkirlər ki, evi tərk etməyəcəklər. Burada hamımızın məsuliyyətindən danışa bilərik. Çünki hər bir yoluxmuş insanın yanına polis qoya bilməyəcəyik”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
DÜNYA