"Şəxsən mən ictimai nəqliyyatdan istifadə edirəm".
Axin.az xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib:
“İstəsəniz sizə metro kartımı göstərə bilərəm. Avtobuslarda sıxlıq vizual görünürdü. Nəqliyyat agentliyinə bildirildi ki, avtobusların sayı çoxaldılsın. Metronun fəaliyyəti epidemioloji vəziyyət nəzərə alınaraq bağlanıb. İş saatlarında fərqli vaxtlar tətbiq olunub”.