axin.az

SON DƏQİQƏ

"Onunla çəkdirdiyim şəkil indiyə qədər votsap profilimdədir - Nazarov

22-05-2020, 13:20

"Onunla çəkdirdiyim şəkil indiyə qədər votsap profilimdədir - Nazarov
Millimizin və Almaniyanın “Ersgebirge” klubunun üzvü Dmitri Nazarov məşhur aktyor Stiven Siqalla görüşündən danışıb.

Axin.az “tag24”ə istnadən xəbər verir ki, dünya şöhrətli aktyorun filmlərini izlədiyini deyən 30 yaşlı yarımmüdafiçi bu görüşün onun üçün yaxşı təcrübə olduğunu bildirib:

"Azərbaycan millisi ilə Norveçə qarşı keçirdiyimiz görüşdən öncə Siqalla görüşmüşdük. O, döyüş sənətləri məktəbi açmaq üçün Bakıya gəlmişdi. Komandamızın otelində iki gecə keçirdi və matçı izlədi. Beləliklə, onunla bir araya gəlmək imkanımız oldu. Mənim üçün yaxşı təcrübə idi, çünki onun filmlərinə baxmağı xoşlayıram. Həmin vaxt onunla çəkdirdiyim şəkil indiyə qədər votsap profilimdədir”.

Qeyd edək ki, 2014-cü ildən millimizə dəvət alan Nazarov 2-ci Bundesliqa təmsilçisi "Ersgebirge"də 2016-ci ildən oynayır.

"Onunla çəkdirdiyim şəkil indiyə qədər votsap profilimdədir - Nazarov


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA