Almaniyanın ikinci bundesliqa təmsilçisi “Sankt Pauli”nin futbolçusu Boris Taşinin Azərbaycanda oynamaq variantı olub.
Axin.az xəbər verir ki, ukraynalı hücumçu ölkəsinin "Bombardir" verilişinə açıqlamasında deyib. 2013-cü ildə "Çernomorets"də oynayan 26 yaşlı oyunçu həmin vaxt ölkəmizdəki klublardan birindən təklif aldığını bildirib:
“Odessada tətildə idim. Klubumdan mənə zəng vurub, təlim-məşq toplanışına aparılmayacağını dedilər. Mənə bildirdilər ki, sənin üçün bir variant var - Azərbaycanda icarədə oynamaq. Buna inana bilmədim. 19-20 yaşım var, baş məşqçi deyir ki, sən komanda ilə getmirsən. Bir ildən sonra isə “Ştutqart”ın heyətində Dortmund “Borussiya”sına qarşı matçda debüt etdim”.
Qeyd edək ki, B.Taşı bu mövsüm 15 oyunda 1 qol ötürməsi verib.