axin.az

SON DƏQİQƏ

“Çıxış etməyi düşünürdüm, AŞPA-da işıqlar söndü” - deputat

20-05-2020, 17:33

“Çıxış etməyi düşünürdüm, AŞPA-da işıqlar söndü” - deputatAvropa Şurası Parlament Assambleyasının binasında işıqlar sönüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə deputat Erkin Qədirli feysbukda məlumat verib. O bildirib ki, bu gün Bakı vaxtilə saat 11:30-da AŞPA-nın Hüquq Komitəsinin ilk videokonfransı olmalı idi: “Çıxış etməyi düşünürdüm. Bildiriş göndərdilər ki, AŞPA binasında elektriklə bağlı problem yaranıb və işıq sönüb. İclas başqa gün olacaq”.

Qeyd edək ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə Səməd Seyidov - nümayəndə heyətinin rəhbəri, Kamal Cəfərov, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Nigar Arpadarai, Tural Gəncəliyev, Könül Nurullayeva, Erkin Qədirli, Rafael Hüseynov, Sabir Hacıyev, Fazil Mustafa, Asim Mollazadə daxildir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA