axin.az

SON DƏQİQƏ

“Sentyabrda hakimiyyətə gəlmək” xülyası quranlar dövriyyəyə hansı şayiələri buraxır? - İLGİNC

20-05-2020, 13:30

“Sentyabrda hakimiyyətə gəlmək” xülyası quranlar dövriyyəyə hansı şayiələri buraxır? - İLGİNCMilli Şuranın sədri Cəmil Həsənli 8 aya yaxındır ki, Amerikaya gedib. Tarixçi alimin geri qayıtmaq fikrinin olmadığı açıq görünür. Onun Milli Şuranın iclaslarına internet üzərindən qatılması bunu deməyə əsas verir. C.Həsənlinin birdəfəlik Amerikaya köçdüyü yönündə də səslənən iddialar var.

Son olaraq, günlər öncə Milli Şuradan istefa verərək, səs-küy yaradan tanınmış yazıçı, rejissor Eldəniz Quliyev rupor.az-a müsahibəsində gedişi barədə danışarkən C.Həsənlinin məsələsinə də toxunub. O, istefasını bu cür əsaslandırıb: “Xalqın mənafeyi əsas götürülməlidir, milli-mənəvi dəyərlərə sayğı ilə yanaşmaq lazımdır, siyasi maraqlar milli və dövlət maraqlarından sonra gəlməlidir. Biz bunu istəyirik. Təəssüf ki, Milli Şurada söylədiyim kriteriyalar ciddi şəkildə pozulur, təhrif olunur. Hakimiyyət pilləkəndir, onun sonuncu pilləsinə qədəm qoymaq istəyirsən, ancaq birinci pilləsi olan milli-mənəvi dəyərlər sistemini nəzərə almırsan. Onda ikinci pilləyə atdanıb çıxacaqsan? Bu, mümkün deyil axı, yıxılacaqsan, əziləcəksən, əzalarını sındıracaqsan. Siyasət yolunda bütün pillələri aramla keçəcəksən, əks təqdirdə, həmişə pilləkənin sonuna boylana-boylana qalacaqsan”.

O qeyd edib ki, yürüdülən yanlış siyasət nəticəsində Milli Şura ilə xalq arasında böyük çat yaranıb: “Xalqın avanqardına çevrilmək yolu tutubsansa, onun dəyərləri ilə hesablaşacaqsan, milli əxlaqına hörmət edəcəksən. Məntiqlə belə olmalıdır, sən xalqın fəlsəfəsinə zidd və ziyanlı olan amal yürüdəcəksənsə, məğlubiyyətə düçarsan. Mən belə olmasını istəmirdim. Az qala canım hesabına körpü yaratmağa çalışırdım. Üzərimdən gəlib keçirdilər - təhqirləri, ittihamları qəbul etməli olurdum, düşünürdüm, bu adamları səhv yoldan çəkindirə bilərəm, gedib uçuruma düşməsinlər deyə, özümü fəda edirdim. Milli Şuranın mənə qarşı belə münasibət sərgiləməsi ikiqat ağırdır”.

Cəmil Həsənlinin əqidə mutasiyasına uğradığını deyən E.Quliyev keçmiş sədrinin ABŞ-dan, ümumiyyətlə, qayıtmayacağına da eyham vurub: “Böyük bir siyasi təşkilatı pultla idarə etməzlər. Bu mənzərə eksentrik görünür. Gərək gedəndə vəzifəsini kiməsə tapşırardı. Bizə hər gün təzyiq edirlər, polislər məni iki dəfə saxlayıb, cərimə olunmuşam, rəhbər ABŞ-da oturub öz kefindədir. Cəmil Həsənli ABŞ-a hansısa proqram xətti ilə gedib, bir kitabı da çıxıb. Artıq ritorikası da dəyişib, iqtidara qarşı sərt, radikal çıxışlar edir. Burada olanda çəkinirdi. Cəmil Həsənli çox güman ABŞ-dan qayıtmayacaq”.

Milli Şura sədrinin gedişi ilə bağlı iddialardan biri də odur ki, AXCP lideri Əli Kərimli bunda maraqlı olub. Bu ehtimal belə əsaslandırılır ki, Kərimli özünü müxalifətin “şəriksiz lideri” kimi göstərmək üçün tarixçi professoru Amerikaya yola salıb.

Milli Şura ətrafında gedən müzakirələr sırasında qurumun Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin “sentyabrda hakimiyyətə gəlməyə hazırlaşdığı" yönündə dediyi fikirlər də yer alıb. O, bu fikirləri qurumun yayılan son rüsvayçı videolarının birində səsləndirib. Bu cür fikirlərin ortaya atılmasında C.Həsənlinin payının olduğu istisna edilmir. Onun Amerikaya gedişindən sonra Kərimli və ətrafının guya Amerikanın payızda Azərbaycanla bağlı planlar qurduğu, bunun üçün Həsənlinin danışıqların içərisində yer aldığı barədə cəfəng fikirlər dövriyə buraxdıqları qeyd olunur.

Azadlıq Partiyasının sədri Əhməd Oruc “Yeni Müsavat”a açıqlamasında məsələlərə bu cür münasibət sərgilədi: “Öncəliklə onu deyim ki, Cəmil bəy Amerikaya getdikdən sonra ritorikasında xeyli sərtləşib. Ona görə ölkəyə qayıtmağa bir qədər tərəddüd edir. Burada istifadə etmədiyi sərt ritorika ilə siyasi proseslərə münasibətini bildirir. Açığı deyim ki, Milli Şuranı maliyyələşdirən bir dairə var. Həmin dairə də cinsi azlıqların müdafiəsini həyata keçirir. Bu qurum onların tezislərini cəmiyyətə təqdim etməyə çalışır. Milli Şurada son baş verənlər və nəticədə cinsi azlıqlara görə iki nəfərin istefa verməsi çox şeyi göstərir. Bu qurumun fəxri sədri Rusiyada, hüquqi sədri Amerikada, amma real sədri Əli Kərimli Azərbaycandadır. Milli Şura o qədər də böyük qurum deyil. Azərbaycan cəmiyyətində populyar olmayan qrup tərəfindən maliyyələşdirilir. Vaxtilə Rusiyanın maraqlarını təmin etmək üçün yaratdığı birlikdir. Milli Şura Rusiya və Amerikanın istəklərini yerinə yetirməyə hazır olduğunu daim nümayiş etdirib. Həmsədrlərin o ölkələrdə olması çox şeyin etirafıdır”.

Partiya sədri Milli Şuranın payız barədə xülyalarından da danışdı: “Etiraf edək ki, iqtidar dayanıqsızdır. Amma istənilən kataklizmdən hakimiyyət dəyişikliyi baş verə bilər. Bu heç kimə sirr deyil. Amma indiki dönəmdə koronavirus bəlasının olduğu, dünya iqtisadiyyatında ciddi problemlərin yaşandığı, münasibətlərdə çatların baş verdiyi bir dövrdə Azərbaycanda nəyinsə ola biləcəyinə inanmıram. Şəxsən Amerikanın belə bir niyyətdə olduğuna da inanmıram. Hakimiyyət dəyişikliyi üçün qeyd etdiyiniz qurumun heç bir resursu yoxdur. Payızda nəyinsə olacağına inanmaq bir xəyaldır. Bunun bir məntiqi əsasını da görmürəm”.
“Yeni Müsavat”


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA