axin.az

SON DƏQİQƏ

Deputat: "Ordumuzun təlimləri Ermənistanda ciddi həyəcan yaradır"

19-05-2020, 16:38

Deputat: "Ordumuzun təlimləri Ermənistanda ciddi həyəcan yaradır"Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimlərindən danışıb.

“axin.az”in xəbərinə görə, deputat deyib ki, bu təlimlər Ermənistanda ciddi həyəcan yaradır.

Qeyd edək ki, qoşunların 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq mayın 18-də Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə başlayıb.

Təlimlərdə döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılacaq.

On min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunan təlimlər mayın 22-dək davam edəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA