axin.az

SON DƏQİQƏ

“Yaradıcı insanın ailə qurmağı düzgün deyil”

17-05-2020, 21:57

“Yaradıcı insanın ailə qurmağı düzgün deyil”“Subay vaxtı da belə düşünürdüm, indi də... Yaradıcı insanın ailə qurmağı düzgün bir şey deyil. Yaradıcı insanın evində uşaq olanda, fikir dağılır və nəyisə ərsəyə gətirmək mümkün olmur”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elvin Abdullayev "Söhbət var" verilişində deyib. İfaçı təkliyi daha çox sevdiyini bildirib:

“Əgər evlənmisənsə, şou-biznes əhli yox, kim olursan ol, ailənin başının üstündə olmalısan. Amma mənim başım səs götürmür. Evdə uşaqların səsi gələndə başımı divara vurmaq istəyirəm. Kimlərsə bu sözlərimə gülə bilərlər. Elə sənət dostlarımız var ki, ailə qurublar. Onlar da mənim bu fikrimlə razılaşırlar ki, yaradıcı insanın ailə qurması bir qədər düzgün bir şey deyil”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA