axin.az

SON DƏQİQƏ

Səfa Mirzəyev: “Deputat köməkçisi hesabatları vaxtında təqdim etməlidir”

16-05-2020, 09:54

Səfa Mirzəyev: “Deputat köməkçisi hesabatları vaxtında təqdim etməlidir”"Ölkəmizdə aparılan islahatlar həyatın bütün sahələrini əhatə edir".

"Axin.az" xəbər verir ki, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib.

Aparat rəhbəri bildirib ki, hər bir parlamentin 4 əsas funksiyanı var: "Qanunvericilik, nəzarət, beynəlxalq əlaqələr və ən vacib funksiyalardan biri təmsilçilik funksiyası. Bu, o deməkdir ki, Milli Məclis bütün Azərbaycan əhalisindən seçilmiş nümayəndələri özündə birləşdirir. Milli Məclisin deputatları hərəsi bir seçki dairəsinin tam səlahiyyətli nümayəndəsidir. Təmsilçilik funksiyasının həyata keçirilməsində isə deputat köməkçilərinin üzərinə böyük vəzifələr düşür. Müasir tələblərə görə deputat köməkçisi deputatın tapşırıqlarını yerinə yetirməklə yanaşı, Milli Məclis Aparatının müvafiq şöbələri ilə daimi əlaqədə olmalı, görülən işlər barədə hesabatları vaxtında təqdim etməlidir".

Səfa Mirzəyev deyib: "Prezident İlham Əliyevin bu il martın 10-da VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı parlamentin qarşısına qoyduğu vəzifələri yerinə yetirmək üçün biz öz işimizi yenidən qurmalı və əlimizdən gələni əsirgəməməliyik".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA