axin.az

SON DƏQİQƏ

Tramp qubernatorlara səsləndi: “Məktəbləri açın”

14-05-2020, 16:03

Tramp qubernatorlara səsləndi: “Məktəbləri açın”ABŞ Prezidenti Donald Tramp ölkədə koronavirusun yayılmasına baxmayaraq, ştatların qubernatorlarını məktəbləri açmağa səsləyib.

“HaberGlobal” məlumat verir ki, dövlət başçısı Ağ Evdə Kolorado və Şimali Dakota qubernatorları ilə görüşdən sonra jurnalistlərə açıqlama verib:

“Düşünürəm ki, qubernatorlar mütləq məktəbləri açmalıdırlar. Virus gənclərə az təsir edir. 65 yaşdan yuxarı müəllimlər özlərini qorumaq istəyə bilər, amma düşünürəm ki, məktəblər tezliklə mütləq açılmalıdır”.

ABŞ Nümayəndələr Palatasına təqdim edilən virusla mübarizə üçün yeni üç trilyon dollarlıq iqtisadi təşviq paketi ilə bağlı Tramp qeyd edib ki, bu təklifi dəstəkləməyəcək və o, Senatdan keçməyəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA