axin.az

SON DƏQİQƏ

Mişel Platini: "FIFA prezidenti istefa verməlidir"

13-05-2020, 17:52

Mişel Platini: "FIFA prezidenti istefa verməlidir""Sui-qəsdin qurbanı olduğum həqiqəti mənə bəllidir".

"Axin.az"in məlumatına görə, bu fikirləri UEFA-nın sabiq prezidenti Mişel Platini "LIllustre" jurnalına açıqlamasında deyib.

İddiaya görə, FIFA-nın hazırkı prezidenti Canni İnfantino və İsveçrənin baş prokuroru Maykl Lauber bir sıra qeyri-rəsmi görüşlər keçiriblər ki, bu fakt ali futbol qurumu və ədliyyə sistemi arasında mümkün sövdələşmə məsələsini gündəmə gətirib.

M.Platini hesab edir ki, 2016-cı ildə FIFA sədrliyi səs çoxluğu ilə ona verilməli idi: "Görünür, İnfantino mənim prezidentlik yarışından kənarlaşdırılacağımı təmin etmək üçün 2015-ci ilin yayının əvvəlində yaranmış vəziyyətdən məharətlə istifadə edib. O, FIFA prezidentliyi vəzifəsindən istefa verməlidir".

Qeyd edək ki, Mişel Platini 2007-2015-ci illərdə UEFA-ya rəhbərlik edib. Fransalı funksioner 2015-ci ilin dekabrında rüşvət qalmaqalına görə FIFA Etika Komitəsinin Arbitraj Palatasının qərarı ilə 8 il müddətinə futboldan kənarlaşdırılıb. Daha sonra onun cəzası 4 ilə endirilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA