axin.az

SON DƏQİQƏ

"Neftçi"nin prezidenti səxavətli idi"

11-05-2020, 17:15

"Neftçi"nin prezidenti səxavətli idi""Neftçi"nin sabiq baş məşqçisi, hazırda Vyetnam Futbol Federasiyasının texniki direktoru vəzifəsində çalışan Hans-Yurgen Gede ölkənin "Vnexpress” nəşrinə geniş müsahibə verib.

Axin.az xəbər verir ki, müsahibə zamanı o, Bakı təmsilçisində işlədiyi dönəm haqda da danışıb. 63 yaşlı mütəxəssis prezidentin onun işinə qarışdığını söyləyib:

"Azərbaycana "Neftçi" işləmək üçün getdiyim gün prezidenti zəngin və səxavətli adam idi. Ancaq o, baş məşqçi olmağı sevirdi. Tez-tez peşəkarların işinə müdaxilə edirdi. Sonra kulminasiya nöqtəsi oldu. Mənim əlimə bir hücumçu verdi, hansı ki, olduqca bacarıqsız idi. Prezident dedi ki, Yurgen, ona oynamağa imkan ver".

Qeyd edək ki, Hans-Yurgen Gede 2008/2009 mövsümündə "Neftçi"ni çalışdırıb.Həmin vaxt klubun prezidenti Əkbər Hacıyev olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA