axin.az

SON DƏQİQƏ

Baş nazir: “Gürcüstan turizmin bərpasında qonşu ölkələrlə əməkdaşlıq edəcək”

8-05-2020, 23:59

Baş nazir: “Gürcüstan turizmin bərpasında qonşu ölkələrlə əməkdaşlıq edəcək”Gürcüstanın səfirlikləri dövlətlərlə təhlükəsiz dəhlizlərin yaradılması barədə danışıqlar aparırlar.

“Axin.az”in yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, artıq İsrail və Avstriya bu məsələyə maraq göstərib: “Qonşu ölkələr də maraq ifadə ediblər. Onlarla bu istiqamətdə əməkdaşlıq həyata keçiriləcək”.

Baş nazir qeyd edib ki, Gürcüstan üçün turizm sahəsinin bərpası olduqca mühüm əhəmiyyət kəsb edir: “Turizm sektoru son illər Gürcüstan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi olub”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA