axin.az

SON DƏQİQƏ

Bəzi rayonlarda polis kafe və restoranları niyə bağlayır? - AÇIQLAMA

8-05-2020, 16:03

Bəzi rayonlarda polis kafe və restoranları niyə bağlayır? - AÇIQLAMABəzi regionlarda kafe və restoranların fəaliyyəti yenidən məhdudlaşdırılıb.

Axin.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar paylaşılıb.

Məlumatlara görə, İsmayıllı, Xaçmaz və digər bir neçə rayonda karantin rejiminə ciddi riayət etməyən obyektlər polis əməkdaşları tərəfindən bağlanıb. Bəzi istifadəçilər bunu xüsusi karantin rejiminin yenidən gücləndirilməsinə hazırlıq kimi qiymətləndiriblər.

Bu obyektlərin bağlanmasının səbəbi nədir?

Məsələ ilə bağlı Axin.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, həmin şəxslərə daha əvvəl xəbərdarlıq edilib:

“Bildiyiniz kimi, mayın 1-dən etibarən respublika ərazisində xüsusi sanitar rejimi tətbiq olunur. Bu rejimin normalarına riayət etməyən şəxslər barəsində isə ciddi tədbirlər görülür. Hər bir şəxs qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskalardan mütləq istifadə etməlidir. Vətəndaşlar iki metrlik sosial məsafə saxlanılması tələbinə mütləq riayət etməlidirlər.

Karantin rejiminin yumşaldılması nəticəsində regionlarda bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Lakin karantin rejiminə ciddi şəkildə riayət olunmadığına dair hallar müşahidə edilib. Bununla bağlı regionlarda fəaliyyət göstərən kafe, restoran, eləcə də digər qapalı obyektlərin sahiblərinə vətəndaşların tibbi maska olmadan, ara məsafə gözləmədən içəri daxil olmalarına icazə verməmələri ilə bağlı xəbərdarlıq edilib.

Eyni zamanda, vətəndaşlara əvvəlcədən karantin rejiminin normalarına tam şəkildə riayət etmələri tapşırılıb. Xəbərdarlığa məhəl qoymayan şəxslər barəsində müvafiq tədbirlər görülüb. Karantin qaydalarına riayət olunmayan kafe, restoran, eləcə də digər qapalı məkanların fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən məhdudlaşdırılıb”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA