axin.az

SON DƏQİQƏ

"Formula 1" rəhbərliyi mövsümün ləğvini istisna etmir

8-05-2020, 10:57

"Formula 1" rəhbərliyi mövsümün ləğvini istisna etmir"Çempionatın başlayacağına əminliyimiz artır. Amma mövsümün ümumiyyətlə keçiriləyəcəyinə heç bir zəmanət vermək olmaz".

"Axin.az"in məlumatına görə, bunu "Liberty Media"nın rəhbəri Çeyz Keri "Formula 1" üzrə 2020 mövsümünün baş tutması ehtimalı barədə danışarkən deyib. Amerikalı biznesmen bildirib ki, məqsəd ilk Qran-prinin iyulun 5-də Avstriyada təşkilinə nail olmaqdır: "Bundan bir həftə sonra, böyük ehtimalla, "Red Bull Rinq"də daha bir mərhələ keçirəcəyik. Avropadakı yarışların azarkeşsiz olacağını gözləyirik. Amma ümid edirik ki, gələcək Qran-prilər tamaşaçılara da açılacaq. Dünya çempionatlarının mərhələlərini qəbul edə biləcək tras sayı baxımından optimistik".

Keri koronavirus pandemiyasının hiss olunacağını etiraf etsə də, Qran-prilərin gerçəkləşəcəyinə dair mövqelərinin möhkəmləndiyini vurğulayıb.

Qeyd edək ki, "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA