axin.az

SON DƏQİQƏ

Vilyam Hacıyevin həbsi: “DTX işini vicdanla yerinə yetirir” - MÖVQE

7-05-2020, 12:44

Vilyam Hacıyevin həbsi: “DTX işini vicdanla yerinə yetirir” - MÖVQEMilli Məclisin deputatı Fazil Mustafa İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin həbsinə münasibət bildirib.

F.Mustafa Axin.az-a açıqlamasında deyib ki, həbs olunan icra başçıları, o cümlədən, Vilyam Hacıyev uzun müddət rəhbərlik etdikləri rayonlarda özlərini nəzarətsiz hiss ediblər.

Deputatın fikrincə, həmin icra başçıları rayonlarda dövlət strukturlarını özlərinə tabe etdirərək, özbaşınalıqla məşğul olublar.

Millət vəkili Ağstafanın, Yevlaxın, Neftçalanın, Biləsuvarın, İmişlinin icra başçılarının həbsinin cəmiyyətdə müsbət impulslar yaratdığını bildirib:

“Hamı bunun ədalətli olduğunu dilə gətirir. Çünki rayonlarda həmin icra başçıları insan faktoruna diqqət yetirməyiblər. Onlar yerlərdəki məmurları da öz qanunsuz əməllərinə qoşublar. Bu icra başçıları rəhbərlik etdikləri rayonlara istirahət yeri kimi baxıblar. “Burda mənəm Bağdadda kor xəlifə” prinsipi ilə fəaliyyət göstəriblər”.

F.Mustafanın fikrincə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) özbaşınalıq edən icra başçılarını saxlamaqla öz funksional fəaliyyətini daha operativ və işini vicdanla yerinə yetirir.

Onun sözlərinə görə, DTX-də kadr dəyişikliklərindən sonra korrupsiyanın qarşısının alınması istiqamətində fəaliyyət intensivləşdi.

F.Mustafa Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizədə açıq iradə ortaya qoyduğuna da diqqət çəkib:

“Prezident korrupsiyaya qarşı qətiyyətli mübarizə kursunu seçib. Dövət başçısı bu iradəni açıq şəkildə vətəndaşa elan edir ki, vətəndaşların da bu prosesdə fəallığı, dəstəyi olsun. Prezident yeni təyin olunan hansısa icra başçısını qəbul edəndə televiziyadan birbaşa verir, bunları vətədaşlara da eşitdirir”.

Qeyd edək ki, mayın 5-də DTX-nin keçirdiyi əməliyyatla İmişlinin icra başçısı saxlanılaraq, Bakıya gətirilib.

Bundan sonra Prezident İlham Əliyevin sərəncamı ilə Vilyam Hacıyev vəzifəsindən azad edilib.

Vilyam Hacıyevə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311.3.2 (rüşvət alma; təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsi tərəfindən Vilyam Hacıyev barəsində dörd aylıq həbs-qətimkan tədbiri seçilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA