axin.az

SON DƏQİQƏ

"Onunla başqa əlaqəmiz olmayıb" - Deputat həbs olunan başçı haqqında

6-05-2020, 15:07

"Onunla başqa əlaqəmiz olmayıb" - Deputat həbs olunan başçı haqqındaİmişli Rayon İcra Hakimiyyətinin həbs edilən başçısı Vilyam Hacıyevi media vasitəsilə tanımışam.

Bunu İmişli rayonunun deputatı Razi Nurullayev Musavat.com-un canlı efirində rayonun icra başçısı Vilyam Hacıyevin ötən gün DTX-nın keçirdiyi əməliyyatla saxlanılması barədə danışarkən deyib. O bildirib ki, məsələ ilə bağlı şərh vermək üçün rəsmi açıqlamanı gözləmək lazımdır:

“Onu yalnız seçki dönəmində görmüşəm. Deputat seçildikdən sonra isə bir dəfə rayonda görüşümüz olub. Onunla başqa əlaqəmiz olmayıb. Buna heç fürsət də tapa bilməmişik. Bildiyiniz kimi, koronavirusla əlaqədar rayona getməyə qadağa qoyulub”.

R.Nurullayev mətbuatda V.Hacıyevin mülklərinin siyahısının yayılmasına da münasibət bildirib:

“Mən o siyahını gördüm. Düşünürəm ki, bu istiqamətdə araşdırma aparılacaq. İstintaq prosesi yekunlaşmadan, məsələ aydınlaşmadan dəqiq bir söz deyə bilmərəm”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA