axin.az

SON DƏQİQƏ

"Reytinq xatirinə bunu edən insan ola bilərmi?" - Ranardan Xoşqədəmə

4-05-2020, 15:58

"Reytinq xatirinə bunu edən insan ola bilərmi?" - Ranardan Xoşqədəmə"Nanə çox qəribə insandır. İnsanı nə qədər çox istəsə də, hovludur. "Salam" verirsən, deyir, "nə?". Kobud, sərt olsa da, qəlbi yumşaqdır".

Axin.az xəbər verir ki, bu sözləri AzTV-nin bədii rəhbəri, teleaparıcı Ranar Musayev "MTV Azərbaycan"da yayımlanan "Söhbətsiz" verilişində deyib. Aparıcı Samir Bayramlı Ranara həmkarları ilə bağlı suallar ünvanlayıb.

Musayev "Hüsniyə Məhərrəmova dostumdur. Ola bilsin bir-birimizə nifrət edək, dalaşaq, amma dostuq. Canımın bir parçasıdır. Kamilə Babayeva ilə bağlı da eyni sözü deyə bilərəm" sözlərini söyləyib.

Aparıcı Xoşqədəm Hidayətqızının adını eşidən də isə Ranar sərt sözlər söyləyib və bunları deyib:

"Bir aparıcı ki, qonağına "Dimedrol" iynə vurdurur ki, ayaqları tutulsun və reytinq xatirinə gəzə bilən insan gəzməsin, şou eləsinlər... O insan insan ola bilərmi?".



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA