axin.az

SON DƏQİQƏ

“Bu icra başçılarına da növbə çatacaq...” – Sabiq deputatdan REAKSİYA

30-04-2020, 11:54

“Bu icra başçılarına da növbə çatacaq...” – Sabiq deputatdan REAKSİYA“Ağstafa, Neftçala və Biləsuvar. Görəsən daha nə olmalıdır ki, nəticə çıxarsınlar?”

Axin.az xəbər verir ki, bunu Yaşıllar Hərəkatının lideri, sabiq millət vəkili Ceyhun Osmanlı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Biləsuvar rayonunda həyata keçirdiyi əməliyyatı şərh edərkən deyib.

Sabiq millət vəkili Ağstafa və Neftçala rayonlarının ardınca Biləsuvar rayon icra hakimiyyətinin başçısının da saxlanmasına münasibət bildirərkən baş verənlərin digərləri üçün siqnal olduğunu vurğulayıb:

“Varlanmağın yolunu rayonun büdcəsini xərcləməkdə görən, hər bir müraciətçiyə öz potensial müştərisi kimi baxan, rayonun iş adamlarına öz nökəri kimi yanaşan, rayonun təhsil, səhiyyə, melyorasiya və s. kimi strukturlarına öz ortağı kimi baxan, rayona investisiya cəlb edə bilməyən, bunun əksinə investorları rayondan qaçırdan bütün icra başçılarının gec vəya tez növbələri çatacaq. Bu tip icra başçıları dövlətin və ölkə rəhbərliyin düşmənləridir”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA