“Karantin olduqca uzun çəkir. İndi sakitliyi qorumaq çətindir”.
Axin.az xəbər verir ki, bunu Argentinanın “Boka Xuniors” klubunun qapıçısı Markos Dias deyib.
34 yaşlı qapıçı gələcək karyerası barədə danışarkən ötən yay “Qarabağ”dan təklif aldığını da qeyd edib:
“Heç kim hələ mənimlə yeni müqavilə barədə danışmayıb. Düzdür, indi bu barədə düşünmürəm. Yeganə istədiyim yenidən məşq etməkdir. Yayda mən “Boka”nı tərk etməyə yaxın idim. Çünki Azərbaycandan konkret təklif almışdım. Hətta iki klub arasında danışıq da getmişdi.
Əgər “Boka”ya pul verilsəydi, bu transfer baş tutardı. Davamlılıq, oynamaq üçün yaxşı fürsət idi. Ancaq nə olursa olsun, hər şey yaxşılığa doğru baş verir”.