axin.az

SON DƏQİQƏ

TƏBİB sədri: "Koronavirusun regionlarda aşkarlanması ciddi həyəcan siqnalıdır"

29-03-2020, 10:15

TƏBİB sədri: "Koronavirusun regionlarda aşkarlanması ciddi həyəcan siqnalıdır""COVİD-19 təkcə sərhədyani bölgələrdə deyil, digər regionlarda da aşkarlanırsa, bu, bizim üçün çox ciddi həyəcan siqnalıdır".

"Axin.az" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

"Bizim A, B, C, D, E planlarımız var idi. İstəyirik ki, planımızın sonunu indidən tam hazır edək ki, heç bir problemlə rastlaşmayaq və müalicə müəssisələrimizin resursları koronavirusla mübarizəyə kifayət etsin. Çünki səhiyyəsi ən inkişaf etmiş ölkələrin xəstəxanalarında belə yataq sayı kifayət etmir. O ölkələrin səhiyyəsi tamamilə iflic vəziyyətdə qalır. Hətta artıq çeşidləmə prosesinə başlayıblar və çox ağır xəstələri qəbul etmək istəmirlər.

Ölkəmizin rəhbərliyi və biz istəmirik ki, Azərbaycan vətəndaşı sağlamlığını taleyin öhdəliyinə buraxsın. Məhz buna görə də ölkə rəhbərinin diqqət və qayğısı müalicə müəssisələrinin imkanlarının genişləndirilməsinə yönəlib", - deyə TƏBİB sədri vurğulayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA