Müğənni Nura Suri toy qiymətində endirim edib.
Axin.az xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkədə yazıb. O bildirib ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün elan edilən karantindən sonra bu addımı atacaq.
"Karantindən sonra toy qiymətini 50 faiz endirirəm. Reklam qiymətinə də keçərlidir. Bir-birimizə dəstək olaq" deyə, Nura paylaşımında vurğulayıb.