axin.az

SON DƏQİQƏ

"Ronaldo məndən çox şey öyrənib"

25-03-2020, 09:30

"Ronaldo məndən çox şey öyrənib"Portuqaliyalı millisinin sabiq üzvü Luis Nani birgə oynadığı ən yaxşı 5 futbolçunun adını açıqlayıb.

Axin.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, həmin futbolçular rəmzi komanda müəyyənləşdirib.
"David De Xeanı qapıya qoyacam. Məncə, o, dünyanın ən yaxşı qapıçılarından biridir. David mənim yaxşı dostumdur, ancaq qapıda durması üçün özü ilə eynək götürməlidir. Onun buna ehtiyacı var. Deko mənim pərəstiş etdiyim futbolçulardan biridir. Mənə çox şey öyrətdi. Bruno Alves müdafiəçi kimi texnikalıdır. Komandanın sürətli oyunçusu isə Kriştiano Ronaldodur. O, məndən çox şey öyrənib, özü də bunu bilir (gülür). Beşinci isim Pol Skoulsdur. Komandanın baş məşqçisi isə özüməm” - deyə o bildirib.

Xatırladaq ki, Nani hazırda MLS-də çıxış edən “Orlando Siti”də çıxış edir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA