axin.az

SON DƏQİQƏ

"Özümü təcrid etmişəm, karantində deyiləm" - Teymur Rəcəbov

20-03-2020, 16:40

"Özümü təcrid etmişəm, karantində deyiləm" - Teymur RəcəbovAzərbaycanlı şahmatçı Teymur Rəcəbov koronavirus pandemiyasına görə özünü izolyasiya etməsi ilə bağlı "İnstagram"dakı paylaşımına aydınlıq gətirib.

Axin.az xəbər verir ki, 33 yaşlı qrossmeyster sosial şəbəkə hesabında növbəti payaşımında yazdığı fikirlərinin yanlış anlaşıldığını, karantində olmadığını qeyd edib: "Təcridetmə ilə bağlı paylaşımım həddindən artıq ciddi qəbul olunub. Elə başa düşülüb ki, sanki mən karantindəyəm. Halbuki sadəcə, özümü təcrid etmişəm. Ağrılarım yoxdur, karantində deyiləm. Yalnız öz şahmat bacarıqlarımın üzərində işləyirəm. Görünür, "Instagram" vasitəsilə nüfuzum daha da artır".
Xatırladaq ki, Teymur Rəcəbov koronavirusa görə martın 15-də Rusiyanın Yekaterinburq şəhərində start götürən İddiaçılar Turnirindən imtina edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA