axin.az

SON DƏQİQƏ

Paşinyanın debatda uduzması ikrahla qarşılandı: “Ayıb olsun!”

16-02-2020, 14:57

Paşinyanın debatda uduzması ikrahla qarşılandı: “Ayıb olsun!”Dünən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələr erməni ictimaiyyətini özündən çıxarıb.

Erməni yazıçısı Anna Turcotte öz sosial media hesabında Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı sərt ittihamlarla çıxış edib.

Yazıçı Paşinyanın debatda uduzmasını onun kütlüyü ilə izah edib. Erməni yazıçısı vurğulayıb ki, məhz N.Paşinyanın tarixdən xəbərsiz olması, siyasi diskusiyaya lazımınca hazırlaşa bilməməsi həm onu, həm də bütün Ermənistanı gülünc vəziyyətə salıb.

Paşinyanın İlham Əliyevə bütün parametrlərdə uduzduğunu bildirən yazıçı xanım Ermənistan Baş naziri haqqında “ayıb olsun” ifadəsini işlətməkdən də çəkinməyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA