axin.az

SON DƏQİQƏ

"Başqa komanda olsa, bu uğurları qazana bilməyəcəyəm" - Qvardiola

12-02-2020, 19:55

"Başqa komanda olsa, bu uğurları qazana bilməyəcəyəm" - Qvardiola"Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola özünü dünyanın ən yaxşı məşqçisi hesab edib-etmədiyi barədə danışıb.

Axin.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı verilən sualı belə cavablandırıb:

"Bəli, mən idim. Ancaq ən yaxşı məşqçi nə deməkdir? Özümü heç vaxt ən yaxşı hiss etməmişəm. Hətta "Barselona" ilə ardıcıl 6 titul qazananda belə bu haqda düşünməmişəm. Mən qalib gəlirdim. Çünki böyük klubda çalışırdım və möhtəşəm oyunçularım var idi. Belə klub və oyunçusu olmadan uğur qazanan məşqçilər var. "Mançester Siti" kimi yox, başqa komanda versəniz, bu uğurları qazana bilməyəcəyəm”.

Qeyd edək ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"ni çalışdırır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA