axin.az

SON DƏQİQƏ

Təzyiqi salmaq üçün dərman əvəzinə bu şirəni için

17-05-2020, 16:25

Təzyiqi salmaq üçün dərman əvəzinə bu şirəni içinYüksək arterial təzyiq insanın ümumi sağlamlığı üçün ən ziyanlı amillərdən biridir.

Bu səbəbdən arterial təzyiqi normada saxlamaq həyati vacib olan məsələdir.

Bəzən bunun üçün qidalanmada müəyyən dəyişikliklər etmək, pəhrizə bəzi təzyiqi normallaşdıran qida və ya içkiləri daxil etmək kifayətdir.

Belə ki, Çikaqo Universiteti (ABŞ) alimləri sübut edir ki, kərəviz şirəsinin gündəlik istehlakı təzyiqi tənzimləməyə, hipertoniyanın riskini azaltmağa və hətta hipertoniyanın başlanğıcında onu tam aradan qaldırmağa kömək edir.

Axin.az Sunday Express-ə istinadən xəbər verir ki, kərəvizin tərkibində olan 3-n-butilftalid adlı spesifik maddə damarları genişləndirir və bununla da təzyiqi aşağı salır.

Kərəviz həmçinin "polifenol" adlı antioksidantlarla zənginir. Bu maddələr ürək-damar sisteminin funksiyasına çox müsbət təsir edir.

Alimlər hipertoniya xəstəliyinə görə risk qrupuna daxil olan insanlara müntəzəm olaraq yarım stəkan (100 qr) kərəviz şirəsini içməyi tövsiyə edirlər.

Bu şirə artıq bu xəstəlikdən əziyyət çəkən insanlara da böyük fayda verir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA