axin.az

SON DƏQİQƏ

Sarımsaq, bal və sirkə qarışığı – güclü təbii dərman. RESEPT

16-05-2020, 10:48

Sarımsaq, bal və sirkə qarışığı – güclü təbii dərman. RESEPTAxin.az bildirir ki, tanınmış Food news nəşri sarımsaq, bal və alma sirkəsi qarışığının möcüzəvi xüsusiyyətləri haqqında yazıb.

Bu qarışıq həzm problemləri, iltihablar, virus və bakterial infeksiyalar zamanı çox yaxşı yardım edir, immun sistemini gücləndirir. Onu soyuqdəymə, qrip və digər respirator infeksiyaları zamanı təbii dərman kimi istifadə etmək olar.

Qarışıq belə hazırlanır:

Tərkib:

- 150 qr təbii duru bal

- 1 stəkan təbii (orqanik) alma sirkəsi

- 2 stəkan su

- 8 diş sarımsaq

Sarımsağı çox xırda doğrayın və bir qədər saxlayın ki, sarımsağın tərkibində olan faydalı maddə “allisin” ifraz olunsun.

Qazana su və sirkəni tökün, qızdırın, sarımsaq əlavə edin, vam odda 1 saat saxlayın, soyudun (ilıq olmalıdır), bal əlavə edin.

Alınmış siropu qapağı bağlı şüşə bankada soyuducuda saxlayın. Siropu immun sistemini möhkəmləndirmək, soyuqdəyməni və həzm problemlərini müalicə etmək üçün gündə 3 dəfə 1 x.q. olmaqla qəbul etmək lazımdır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA