axin.az

SON DƏQİQƏ

Orqanizmin viruslara qarşı davamlılığını artıran məhsullar

30-04-2020, 14:45

Orqanizmin viruslara qarşı davamlılığını artıran məhsullarRusiyalı həkim-diyetoloq Vera Şaroşkina orqanizmin viruslara qarşı davamlılığını artıran məhsulların adlarını açıqlayıb.

Axin.az Rusiya KİV-lərinə istinadla bildirir ki, bu ilk növbədə D vitamini ilə zəngin olan məhsullardır – dəniz balığı, balıq yağı, yumurta, süd məhsulları. D vitamini orqanizmin viruslara qarşı davamlılığını artıran əsas vitamindir.

Sinklə zəngin olan qidalar da burada böyük rol oynayır. Bu ət, pendir, çuğundur kimi məhsullardır.

C və A vitaminləri güclü antioksidant təsirinə görə orqanizmi gücləndirir, həmçinin A v C vitaminləri nəfəsalma sisteminin sağlamlığında böyük rol oynayır. A vitamini selikli qişaların normal fəaliyyətini təmin edir, C vitamini isə damar və kapilyarları möhkəmləndirir.

C vitamini ilə sitrus meyvələri, kivi, itburnu, kələm, bibər, A vitamini ilə isə kök, qaraciyər, qalqabaq, yumurta, kərə yağı zəngindir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA