İdeal bədən quruluşunun arxasınca qaçan qadınlar bir çox hallarda orqanizmin tələbatını unudurlar.
Odur ki, dietoloqlar həm kökəltməyən, həm də beyin funksiyasını inkişaf etdirən pəhriz proqramı hazırlamağı qarşısına məqsəd qoydu və MİND pəhriz sistemi yaradıldı.
axin.az bu yazıda oxuyucuları beynin idrak funksiyalarını qoruyan və metabolizmanı yaxşılaşdırmağa kömək edən qidalanma sistemi ilə tanış edib.
Elmi əsaslara söykənən MIND-pəhrizi və ya qidalanma sistemində 12 il ərzində 60 və daha yuxarı yaşlardan olan 1220 nəfər iştirak edib. Araşdırmalar göstərib ki, xüsusi qidalar qrupu demensiya (Demensiya latın dilindən ağılsızlıq mənasını verən söz olub, ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindromu deməkdir), alzheymer və digər psixonevroloji xəstəliklərin riskini azalda bilər. Bu qidalanma sistemi 25 yaşdan yuxarı hər kəsə, xüsusilə 40 sonra hər kəs üçün faydalıdır. MİND özündə Aralıq dənizi və DASH pəhrizinin əsas prinsiqlərini birləşdirir.