Namizədlərin 77 faizini kişilər, 23 faizini qadınlar təşkil edir. Ancaq mən əminəm ki, seçilən qadınlar faiz etibarilə bundan çox olacaq.
Axin.az xəbər verir ki, bunu MSK-nın iclasında qurumun sədri Məzahir Pənahov bildirib.
O, namizədlərin 95 faizinin ali təhsilli olduğunu bildirib:
“1 faizi orta ixtisas, 4 faizi orta təhsillidir. Qırx yaşadək olan namizədlər ümumi namizədlərin 50 faizə yaxınını təşkil edir. Əlli yaşadək olanlar isə bütün namizədlərin 70 faizdir”.