"Azərbaycanın 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olması üzrə yeni çərçivə sənədinin hazırlanması zamanı tərəflər bir çox məsləhətləşmələr və yeni təkliflərin qiymətləndirilməsini aparıblar”.
"Axin.az” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı daimi əlaqələndiricisi Qulam İsakzai Azərbaycan və BMT arasında yeni əməkdaşlıq çərçivəsinin formalaşdırılmasına həsr olunmuş konfransda deyib.
"O cümlədən əhalinin mikrobiznesə sərbəst və asan çıxışını təmin etmək, ayrı-ayrı dövlət qurumlarının imkanlarını gücləndirmək və genişləndirmək vacibdir, hələ də milli maliyyələşdirmə strategiyası hazır deyil”, - o bildirib.
Q.İsakzai onu da vurğulayıb ki, qarşıdakı 5 il ərzində hər bir Azərbaycan vətəndaşının BMT-nin işinin faydalarını hiss etməsinə səy göstərmək lazımdır.