axin.az

SON DƏQİQƏ

Buna sərf olunan vaxt 2 dəfə azalacaq - Nazir müavini

13-01-2020, 22:49

Bu il Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün inşasına başlanılması planlaşdırılır.

Axin.az xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilən müşavirədə bildirib.

"Düşünürəm ki, gələn il həmin körpünün inşası başa çatacaq. 2021-ci ildə həmçinin Bakıdan Rusiya sərhədinə qədər magistral avtomobil yolunun inşası başa çatsa, ölkəmizin ərazisi ilə yük avtomobillərinin keçidinə sərf olunan vaxt 2 dəfə azalacaq. Bununla da, Azərbaycan müxtəlif istiqamətlərdə avtomobillərin hərəkəti üçün əlverişli şərait yaratmış ölkə olacaq", - nazir müavini qeyd edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA