"Kənanın Türkiyədə qalmasını istəmirdim. Ailəsinin yanında olması yaxşıdır. Zəng edib dedim ki, əgər gəlməsən, mən sənin yanına köçəcəm".
Axin.az xəbər verir ki, bu sözləri rejissor Kənan M.M.-in anası "Ona qalsa" verilişinə zəng edərək deyib. O, bununla oğlunun "Fox TV"də yayımlanan "Savaşçı" serialından ayrılmasının əsl səbəbini açıqlayıb.
Qayınanası proqramda qonaq olan gəlini, müğənni Aygün Mahmudovadan danışıb:
"Yola gedirik. 2 gəlinim var, heç birini bir-birindən seçmərəm. Gəlin də bir ananın qızıdır. Gərək çox şeyin dərininə getməyəsən, çünki bizlər böyüyük, bağışlamalıyıq. Desəm indi Aygün deyəcək ki, qayınanam məndən gileyləndi, amma mən ondan gileylənmirəm. O, çox yaxşı qızdır, ürəyi təmizdir. Ürəyi ilə dili bir deyil. Bəzən görürsən ki, bir sözü ucadan deyir. Danışanda səsinin tonu hündürdən olur. Deyirəm ki, Aygün, ucadan danışma. O xasiyyətini bir az bəyənmirəm".