"Özünü necə aparsan da istər-istəməz arxanca danışacaqlar. Mənim də duet ortaqlarımla işbirliyim haqda çox danışılıb".
Axin.az xəbər verir ki, bu sözləri Xalq artisti Səməd Səmədov "Söhbət var" verilişində deyib. Xanım duet ortaqlarından danışan müğənni ancaq evli qadınlarla çalışdığını etiraf edib:
"Duet ortaqlarım ancaq ailəli olub. Rühəngiz Allahverdiyeva, Bəsti Sevdiyeva, Sevda Əliqızı duet ortağım olub. Onların həyat yoldaşı ilə dostluq etmişəm. Həmişə evli xanımları seçmişəm ki, söz-söhbət olmasın".